AZ

30 qəpiklik üsulla işıqpulunu yarıbayarı azaltdı

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-də yaşayan sosial media istifadəçisinin paylaşdığı sadə üsul qısa zamanda maraq doğurub. İddia olunur ki, cəmi bir rulon skoçdan istifadə etməklə evdə istilik itkisini xeyli azaltmaq, qış aylarında mənzili daha isti saxlamaq mümkündür. Paylaşımın müəllifi bu üsuldan sonra istilik xərclərinin təxminən yarıbayarı azaldığını bildirib.Demokrat.az xəbər verir ki, Brad adlı istifadəçi evdə istifadə olunmayan və ya kənarlarından hava buraxan pəncərələrin çərçivəsini ikiqat skoçla bağladığını deyib. Onun sözlərinə görə, pəncərələrdən içəri daxil olan soyuq hava axını kəsilib, nəticədə otaqlar daha gec soyumağa başlayıb. Bu sadə müdaxilə istilik sisteminin daha az işləməsinə şərait yaradıb.Lakin bu cür sürətli və ucuz həll yollarının hər ev üçün eyni nəticəni vermədiyi vurğulanır. Məsələ ilə bağlı fikir bildirənlər qeyd edir ki, adi skoç müvəqqəti tədbir sayılır və küləkli, rütubətli havalarda təsiri tez itə bilər. Uzun müddət istifadə edildikdə isə yapışqan izlərinin pəncərə kənarlarında qalması və boyaya zərər vurması riski var.Digər mühüm məqam evin hava dövranıdır. Pəncərələrin tam bağlanması rütubətin artmasına, havasızlıq hissinin yaranmasına səbəb ola bilər. Buna görə də bu üsuldan istifadə edənlərin vaxtaşırı evi havalandırması vacib hesab olunur.Daha davamlı nəticə üçün xüsusi izolyasiya lentləri, rezin fitillər və termal pəncərə plyonkaları tövsiyə edilir. Şüşə ilə otaq arasında hava qatı yaradan baloncuklu materiallar, eləcə də qalın pərdələr və qapı altı qoruyucular soyuğun qarşısını almaqda daha effektiv sayılır.Qısa müddətli həll kimi skoç müəyyən rahatlıq yarada bilər. Ancaq qış boyu stabil istilik və real qənaət üçün daha düzgün izolyasiya üsullarına üstünlük verilməsi hələ də əsas yol olaraq qalır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
105
demokrat.az

1Mənbələr