Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2026 Qış Olimpiya Oyunlarında italiyalı konkisürən Françeska Lollobrigida qadınlar arasında 3 min metr məsafədə qalib gələrək yeni olimpiya rekordunu müəyyən edib.
İdman.Biz xəbər verir ki, o, məsafəni 3 dəqiqə 54,28 saniyəyə qət edib.
Beləliklə, idmançı İtaliyaya ilk qızıl medalı qazandırıb.
İkinci yeri qalibdən 2,26 saniyə geri qalan norveçli idmançı Raqne Viklund tutub. Bürünc medalı 2,65 saniyə geridə qalan kanadalı Valeri Malte qazanıb.
Əvvəlki rekord (3:56,93 saniyə) 2022-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında qeydə alınıb və niderlandlı İren Sxautenə məxsus idi.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.