AZ

İranda siyasi xadimlər həbs edildi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

İranda üç islahatçı siyasi xadim həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Saxlanılanlar arasında islahatçı İran İslam Xalq Birliyinin baş katibi Azər Mənsuri, islahatçı siyasi fəal və keçmiş diplomat İbrahim Əsgərzadə və prezident Məhəmməd Xatəminin dövründə xarici işlər nazirinin keçmiş müavini olmuş Möhsün Əminzadə də var.

Onlara qarşı irəli sürülən ittihamlar "milli birliyə hücum", "konstitusiyaya zidd mövqe tutmaq" və "düşmən təbliğatı ilə əlaqələndirmə"dir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
axar.az

1Mənbələr