AZ

Tesla yük maşınlarının istehsalına başlayır

ain.az bildirir, Axar.az portalına istinadən.

“Tesla" şirkətinin rəhbəri İlon Mask elektriklə işləyən "Tesla Semi" yük avtomobillərinin iri həcmli istehsalına 2026-cı ildə başlanılacağını açıqlayıb.

Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Avtomobil istehsalçısının rəsmi saytında qeyd olunur ki, "Tesla Semi" bir dəfə enerji yükləməklə 500 mil (təxminən 805 kilometr) məsafə qət edə bilir. Şirkətin xüsusi sürətli doldurma qurğularından istifadə etməklə isə 30 dəqiqə ərzində akkumulyatorun 60 faizə qədər doldurulması mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
axar.az

4Mənbələr