AZ

Müsəlman ölkəsi üçün milli ChatGPT versiyası hazırlanır

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Amerikalı milyarder Sem Altmanın baş direktoru olduğu "OpenAI" şirkəti Yaxın Şərqdə, həmçinin Ərəbistan yarımadasının şərqində böyük layihələr həyata keçirməyə hazırlaşır.

Reyting.az-ın "Semafor" nəşrinə istinadla verdiyi məlumata görə, dünyanın ən böyük şirkətlərindən olan "OpenAI" uzun müddətdir ki, Əbu-Dabidə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında fəaliyyət göstərən "G42" texnoloji holdinqi ilə bu ölkə üçün xüsusi və müasir "ChatGPT" versiyasının hazırlanması barədə yeni danışıqlara başlayıb.

Bu layihənin digər bir orijinallığı həm də onu Şərq düşüncəsi çərçivəsində qurmaq, süni intellektin yerli dialektə, mədəniyyətə və qanunvericiliyə tam uyğunlaşdırılmasını nəzərdə tutur. Bu isə onu göstərir ki, əsas istifadəçi də, məhz bölgənin mentalitetinə, adət-ənənələrinə, dəyərlərinə tam cavab verən və yeni süni intellekti milliləşdirən Birləşmiş Ərəb Əmirlikləri hökuməti olacaq.

Xüsusi versiya monarxiyanın siyasi xəttinə uyğun davranacaq. Bundan əlavə, qlobal "ChatGPT" ölkədə yalnız qanunla qadağan edilən məzmun problemləri ortaya çıxanda məhdudlaşdırılacaq. Belə olduqda, "OpenAI" ləngimədən vıziyyəti nəzarətə alacaq və istifadəçiyə sorğunun icra edilə bilmədiyi barədə məlumat verəcək.

Ekspertlərin fikrincə, nəticələr əks-təsir göstərə bilər ki, bunun da səbəbi generativ süni intellekti tamamilə senzura tələblərinə uyğunlaşdırmaqdır, çünki texniki baxımdan bu çox çətin proses olacaq, üstəlik, dil modelləri qeyri-deterministik işləyəcək və faktiki bütün məhdudiyyətlərin aşılması ilə bağlı risk yaranacaq.

Lakin digər mütəxəssislər bunun orijinal və yeni, uğurlu "ChatGPT" versiyası layihəsi olacağına ümid edirlər.

Qeyd olunur ki, bölgədə fəaliyyət göstərən "G42" holdinqinə Birləşmiş Ərəb Əmirliklərinin məmuru, eyni zamanda, milli təhlükəsizlik üzrə müşavir Şeyx Tahnun bin Zayed Al Nəhəyyan rəhbərlik edir.

Tərəflər danışıqların getdiyini təsdiqləsələr də, razılaşmanın detalları ilə bağlı açıqlama verməyiblər.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
reyting.az

1Mənbələr