BAKI, 9 fevral. TELEQRAF
Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, Kür qəsəbə sakini, 2009-cu il təvəllüdlü H. Abuzərli münaqişə zəminində 2011-ci il təvəllüdlü S. Məmmədliyə bıçaqla xəsarət yetirib.
Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti normaldır.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.