AZ

Niderlandda Danone uşaq qidasından 30 dan çox uşaq zəhərləndi

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niderlandda "Danone" şirkətinin istehsal etdiyi "Nutrilon" markalı süni qida qarışığını qəbul etdikdən sonra 30-dan çox körpədə narahatlıq əlamətləri müşahidə olunub.

"Ölkə.az" xəbər verir ki, bu barədə RTL telekanalı məlumat yayıb.

Valideynlərin bildirdiyinə görə, körpələrdə qidanın qəbulundan sonra qusma, ishal, qarın ağrıları və halsızlıq yaranıb. Bəzi hallarda tibbi müdaxilə zəruri olub, bir neçə körpə isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Danone şirkəti mümkün riskləri nəzərə alaraq mağazalardan məhsulların kütləvi geri çağırılması prosesinə başlayıb. Niderlandda 14 növ uşaq qidası, o cümlədən yeni doğulanlar üçün nəzərdə tutulan qarışıqlar geri çağırılıb. Ümumilikdə bu qərar 44 partiyaya şamil edilib.

Şirkət geri çağırılmanın səbəbini "Bacillus cereus" bakteriyası tərəfindən ifraz edilən serulid adlı toksinin normadan artıq ola bilməsi ehtimalı ilə izah edib. Bununla belə, hazırda körpələrdə müşahidə olunan narahatlıqlar ilə sözügedən qida arasında birbaşa əlaqənin hələ təsdiqlənmədiyi bildirilir.

Danone qeyd edib ki, bu addım Niderlandın Qida Təhlükəsizliyi və İstehlak Mallarına Nəzarət İdarəsi (NVWA) ilə razılaşdırılmış şəkildə, ehtiyat tədbiri kimi atılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
3
olke.az

4Mənbələr