AZ

İrandan sonra 5 6 dövlət parçalanacaq: 12 yeni ölkə yaranacaq Sensasion ssenari

ain.az bildirir, GlobalInfo portalına istinadən.

İran ordusunun Baş Qərargah rəisi Əbdürrəhim Musəvinin regionda mümkün müharibə ilə bağlı açıqlamaları diqqət çəkib. Onun sözlərinə görə, İran hərbi hazırlıqlarını davam etdirsə də, regional müharibəyə başlamaq niyyəti yoxdur.

Sitat: “Regional müharibənin təşəbbüskarları ABŞ və İsraildir. Belə bir müharibə hər halda regionun inkişafını və tərəqqisini illərlə geridə qoyacaq. Müharibənin nəticələri amerikalıların və sionist rejimin çiyinlərinə düşəcək”.

Musəvinin dedikləri nə dərəcədə realdır? Regional müharibə nə ilə nəticələnə bilər?

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, İran rəsmiləri terminlər üzərindən təbliğat aparır:

“Regional müharibə olmayacaq. Bunun üçün bölgənin əksər ölkələri münaqişəyə cəlb olunmalıdırlar. Bu isə mümkünsüzdür. Sadəcə İran ABŞ-ın bölgədəki bazalarını, hərbi və iqtisadi infrastrukturunu hədəf ala bilər. Lakin bu, regional müharibə demək deyil. İran bölgə ölkələrini şantaj edir, ancaq anlamır ki, nəticəsi özü üçün daha pis olacaq. ABŞ-ın bölgədəki qüvvələrinə zərər versə, Trampın intiqamı çox ağır olacaq”.

Politoloq bildirib ki, regionda mümkün müharibədən ən çox əziyyət çəkən ölkəni münaqişənin miqyası və müddəti müəyyən edəcək:

“Qısamüddətli və kiçikmiqyasılı toqquşmadan, demək olar ki, heç bir ölkə əziyyət çəkməyəcək. Əksi isə bütün bölgə ölkələrinə təsir edəcək. Ümumiyyətlə, bölgənin gələcəyi İranın taleyindən asılıdır. Kiçikmiqyaslı müharibə rejim dəyişikliyi ilə başa çatsa, bölgə ölkələri çox təsirlənməyəcək. Yalnız hazırda müşahidə olunan federallaşma dərinləşəcək. Digər variantda isə İranın bütövlüyü pozualacaq. Əgər İran müharibənin sonunda parçalansa, domino effekti verəcək və bölgədə 5-6 dövlət parçalanacaq, ən azı 12-15 yeni dövlət yaranacaq. Bu mənada bölgənin gələcəyi teokraik rejimin atacağı addımlardan asılı olacaq”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
globalinfo.az

3Mənbələr