AZ

Beşmərtəbəli bina çöküb, ölənlər var

Yazını böyüt
Yazını kiçilt

Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın çökməsi nəticəsində azı altı nəfər həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə rəsmi internet saytında yayımlanan açıqlamasında bildirib.

“Hazırda dağıntılar altından altı cəsəd çıxarılıb, daha yeddi nəfər isə sağ xilas edilib. Yaralılar xəstəxanaya yerləşdirilib”, – deyə mer qeyd edib. Onun sözlərinə görə, xilasetmə işləri davam edir və ölənlərin, eləcə də yaralananların sayının artacağı istisna olunmur.

Əbdül Həmid Kərimə vurğulayıb ki, son günlərdə güclü yağışlardan sonra iki yaşayış binasının uçduğu qədim Bab əl-Təbbənə məhəlləsinin fəlakət zonası elan edilməsi üçün hökumətə müraciət edib.

“Hazırda qəzalı vəziyyətdə olan qonşu binalardan sakinlərin təxliyəsi təcili şəkildə həyata keçirilir”, – deyə Tripoli meri əlavə edib.

Seçilən
3
6
hafta.az

7Mənbələr