AZ

İstanbul Hava Limanında ölkəyə 90 min zəli keçirmək istəyən şəxs saxlanılıb

ain.az, Apa.az portalına istinadən məlumat verir.

İstanbul Hava Limanında ölkəyə gələn sərnişinlərdən biri Türkiyəyə 90.000 diri zəli keçirməyə cəhd edərkən saxlanılıb.

APA xəbər verir ki, bu barədə İstanbul Vilayət Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi məlumat yayıb.

"7 fevral tarixində İstanbul Hava Limanında yoxlama zamanı bir sərnişinin çamadanında Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirmək istədiyi 12,2 kiloqram ağırlığında 90.000 zəli müsadirə edilib. Bu sərnişin əvvəllər də oxşar cinayət törətdiyi üçün saxlanılıb", - deyə məlumatda deyilir.

Cinayətkara qarşı məhkəmə prosesi başlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
apa.az

3Mənbələr