AZ

İsrail raket proqramına görə İrana mümkün zərbə barədə ABŞ-ni xəbərdar edib

BAKI, 9 fevral. TELEQRAF

İsrailin yüksək rütbəli hərbi rəsmiləri son vaxtlar amerikalı həmkarları ilə təmaslar zamanı Tel-Əvivin ballistik raket proqramına görə İrana təkbaşına zərbə endirməyə hazır olduğu barədə Vaşinqtonu xəbərdar ediblər.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla İsrailin “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi İranın ballistik raket proqramını nüvə proqramı qədər ciddi təhlükə kimi qiymətləndirir.

Mənbənin sözlərinə görə, Tel-Əviv amerikalılara açıq şəkildə bildirib: “Əgər İran ballistik raketlərlə bağlı müəyyən etdiyimiz ‘qırmızı xətti’ keçərsə, biz təkbaşına zərbə endirəcəyik”.

Xatırladaq ki, daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi onun fevralın 11-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırdığını açıqlamışdı.

Seçilən
56
teleqraf.com

1Mənbələr