AZ

Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb

BAKI, 9 fevral. TELEQRAF

Cənubi Koreya Silahlı Qüvvələrinə məxsus helikopter ölkənin şimal-qərbində yerləşən Kyonqido vilayətinin Kapxen dairəsində qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Xatırladılır ki, daha əvvəl Tailandda AT-6 tipli təlim-döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olmuşdu.

Seçilən
59
teleqraf.com

1Mənbələr