AZ

Gürcüstanın qərbində torpaq sürüşməsi olub

Gürcüstanın qərbində yenidən torpaq sürüşməsi baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Yolları Departamenti məlumat yayıb.

 

Qeyd olunur ki, sürüşmə nəticəsində Zuqdidi-Cvari-Mestia-Lasdili magistral yolunun 52-ci kilometrliyində qaya kütləsi yol infrastrukturuna ciddi ziyan vurub. Avtomagistralda bütün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

 

Hazırda yolda hərəkətin bərpası istiqamətində işlər davam etdirilir. Lakin qeyri-sabit hava şəraiti, qar və yağış yağması işləri çətinləşdirir, torpaq sürüşməsi riskini daha da artırır.

Seçilən
4
8
senzor.az

9Mənbələr