AZ

Bu da “Qarabağ”ın ikinci...

“Qarabağ” Azərbaycan Kuboku tarixində ikinci dəfə 1/4 final mərhələsinin ilk oyununda məğlub olub.

Sportinfo.az xəbər verir ki, bu, “Şamaxı” ilə keçirilən matçda baş verib.

Şamaxı şəhər stadionunda reallaşan görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Ağdam təmsilçisi buna qədər birinci və sonuncu dəfə 1996-1997 mövsümündə 1/4 finalın ilk qarşılaşmasında məğlubiyyət üzü görüb.

30 il əvvəl ağdamlılar “Neftçi”yə səfərdə 2:3 hesabı ilə yenilsə də, cavab matçında 1:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəliblər.

Bundan başqa, 2001-2002 mövsümünün bu raundunda “Şəmkir” ilk görüşdə “Qarabağ-Azərsun”u 2 cavabsız qolla üstələyib. Lakin cavab oyunları keçirilməyib. AFFA-ya etiraz əlaməti olaraq klublar mübarizəni dayandırıblar.

2017-2018 və 2022-2023 mövsümlərində “Qarabağ” ilk oyunda uduzmasa da, yekunda yarımfinala yüksələ bilməyib. Komanda 6 dəfə isə mübarizəni 1/8 finalda dayandırıb.

“Qarabağ”la “Şamaxı” arasında cavab matçı martın 3-də keçiriləcək.

Seçilən
77
sportinfo.az

1Mənbələr