AZ

İraqa gətirilən İŞİD döyüşçüləri arasında 42 ölkənin vətəndaşları var

İraq ərazisinə Suriyadakı həbsxanalardan gətirilən sabiq İŞİD tərəfdarları və döyüşçüləri arasında 42 ölkədən vətəndaşlar var.

Azreform.info xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının Beynəlxalq Əməkdaşlıq Mərkəzinin xüsusi bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, Suriyada İŞİD tərəfdarları barəsində məhkəmə prosesi aparılmayıb. İraqda isə gətirilən şəxslərin cinayətləri ilə bağlı araşdırmaların 4-6 ay davam edəcəyi gözlənilir.

Mərkəz həmçinin vurğulayıb ki, gətirilən döyüşçülərə qarşı irəli sürülə biləcək ittihamlar arasında kimyəvi silahdan istifadə və genosid halları ola bilər. İcra olunacaq ekstradisiya məsələləri isə araşdırmalar başa çatana qədər müzakirə edilməyəcək.

Seçilən
9
2
azreform.info

3Mənbələr