Hindistanda qatarın altından fırlanan kötük qadını öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hindistanda qatar stansiyasında “ölüm nöqtəsi” filmlərini xatırladan tükürpədici bədbəxt hadisə baş verib.
Məlumata görə, hərəkətdə olan qatarın altından qəfildən iri bir taxta yüksək sürətlə fırlanaraq kənara çıxıb.
Həmin vaxt platformada olan qadın kötüyün sarsıdıcı zərbəsinə tuş gəlib. Zərbə o qədər güclü olub ki, qadın platformanın altına yıxılıb.
Aldığı ağır xəsarətlər nəticəsində o, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az