AZ

"Sabah" Masazırda "Araz”"ı 4:1 “yerə böldü” - VİDEO

Misli Premyer Liqasında XIX turuna start verilib.

Sportinfo.az xəbər verir ki, "Sabah" evdə "Araz-Naxçıvan"ı məğlub edib.

"Bank Respublika Arena"da baş tutan görüş Bakı klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah"ın qollarını Umarali Raxmonaliyev (9-p.), Aaron Maluda (11) və Xəyal Əliyev (16, 68) rəqib qapısından keçiriblər. "Araz-Naxçıvan"ın heyətində isə Felipe Santos (86) fərqlənib.

Bununla da xallarının sayını 46-ya çatdıran Bakı təmsilçisi turnir cədvəlində liderliyini bir qədər də möhkəmləndirib. 27 xala malik "Araz-Naxçıvan" 6-cı pillədədir.

"Sabah" - "Araz-Naxçıvan" 4:1

“Bank Respublika Arena”, 951 tamaşaçı
Baş hakim: Tural Qurbanov
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Müslüm Əliyev
Dördüncü hakim: Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Stiv Solvet, 66 (qeyri-idman hərəkəti); Xəyal Əliyev, 71 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 37 (qeyri-idman hərəkəti); Mustafa Əhmədzadə, 59 (qeyri-idman hərəkəti); Patrik Andrade, 80 (qeyri-idman hərəkəti); Ömər Buludov, 82 (qeyri-idman hərəkəti)
Qollar: Umarali Raxmonaliyev, 9 (p.); Aron Maluda, 11; Xəyal Əliyev, 16, 68 // Felipe
Santos, 86
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq

“Sabah”
92. Stas Pokatilov (k)
46. Aleksey İsayev
(70. Cesse Sekidika, 69)
9. Xəyal Əliyev
(83. Stefen Ende, 76)
21. Velko Simiç
40. İqor Noqeyra
(5. Rəhman Daşdəmirov, 76)
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
7. Umarali Raxmonaliyev
(22. Zinedin Uld Xaled, 76)
19. Aron Maluda
(11. Kahim Parris, 88)
Ehtiyat oyunçular:
55. Nicat Mehbalıyev
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
10. Anatoli Nuriyev
2. Amin Seydiyev
6. Abdulax Xaybulaev
Baş məşqçi: Valdas Dambrauskas

“Araz-Naxçıvan”
94. Tərlan Əhmədli
3. Bəxtiyar Həsənalızadə (k)
5. Slavik Alxasov
(4. Rahil Məmmədov, 75)
8. Coşqun Diniyev
(19. Bar Kohen, 75)
26. Ömər Buludov
24. Mustafa Əhmədzadə
(29. Vanderson Melo, 69)
6. Patrik Andrade
7. Hamidu Keyta
(10. Felipe Santos, 58)
11. Ba-Muaka Simakala
(16. Ramon Maçado, 58)
77. Bruno Franko
70. Şarl Boli
Ehtiyat oyunçular:
12. Kristian Avram
14. Ülvi İsgəndərov
23. Nuno Rodriqes
Baş məşqçi: Andrey Demçenko

Seçilən
65
sportinfo.az

1Mənbələr