AZ

Nigeriyada ağır yol qəzası: 30-dan çox insan həlak olub

BAKI, 9 fevral. TELEQRAF

Nigeriyanın şimal-şərqində yerləşən Kano ştatında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 30-dan çox insan həyatını itirib, çox sayda şəxs isə xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Daily Post" nəşri Kano ştatının qubernatoru Abba Yusufaya istinadən məlumat yayıb.

Məlumata görə, sərnişin daşıyan iri yük avtomobili sürücünün ehtiyatsızlığı ucbatından Qvanar-Barde yaşayış məntəqəsi yaxınlığında, Qudjungu şəhərinə aparan magistral yolda qəzaya düşüb.

Xəsarət alanlar təcili tibbi yardım göstərilməsi üçün ştatın xəstəxanalarına çatdırılıblar.

Seçilən
53
teleqraf.com

1Mənbələr