AZ

"Amerika seçkiləri saxtalaşdırılıb" - Tramp

Donald Tramp özünün ABŞ-ın seçki sistemini düzəltməyə çağırıb.

"Ölkə.az" xəbər verir ki, ABŞ prezidenti bu barədə  TruthSocial sosial media səhifəsində yazıb.

"Amerikanın seçkiləri saxtalaşdırılıb, oğurlanıb və bütün dünyada gülünc vəziyyətə salınıb. Ya biz onları düzəldəcəyik, ya da artıq ölkəmiz olmayacaq", - Ağ Ev prezidenti bildirib.

Bu məsələni həll etmək üçün ABŞ lideri respublikaçılardan "Amerikanı Xilas Etmə Qanunu"nu təsdiqləmələrini istəyib. Bu qanuna şəxsiyyət vəsiqəsi tələbi, seçici qeydiyyatı üçün vətəndaşlıq sübutu və poçtla səsverməyə əhəmiyyətli məhdudiyyətlər daxildir.

ABŞ Prezident qeyd edib ki, 2020-ci ildəki məğlubiyyəti saxtakarlığın nəticəsidir. O, miqrantların ABŞ-a "səs vermək üçün gətirildiyini və onlar qanunsuz olaraq səs verdiklərini" iddia edib. Tramp həmçinin "respublikaçıların bu məsələdə daha sərt mövqe tutmamasından" təəccübləndiyini bildirib.

Elvin

Ölkə.az

Seçilən
71
olke.az

1Mənbələr