AZ

Tez-tez əsnəmək hansı orqandakı problemdən xəbər verir?

Tez-tez əsnəmək təkcə yorğunluqla bağlı olmaya bilər. Həkimlərin sözlərinə görə, bu hal bəzən orqanizmdə müəyyən problemlərin əlaməti sayılır.

BAKU.WS xəbər verir ki, ən çox beyin və sinir sistemi ilə əlaqəli hallar əsnəmənin artmasına səbəb ola bilər. Məsələn, yuxusuzluq, stress, depressiya və ya xroniki yorğunluq zamanı insan daha çox əsnəyir.

Bundan başqa, ürək-damar sistemi ilə bağlı problemlər də tez-tez əsnəmə ilə müşayiət oluna bilər. Qan dövranının zəifləməsi və ya oksigen çatışmazlığı beyinə kifayət qədər oksigen getməməsinə səbəb olur ki, bu da əsnəməni artırır.

Qalxanabənzər vəzinin funksional pozğunluqları, eləcə də bəzi hormonal dəyişikliklər də bu halı yarada bilər. Həmçinin aşağı təzyiqi olan insanlarda da tez-tez əsnəmə müşahidə olunur.

Əgər əsnəmə uzun müddət davam edir və yorğunluq, başgicəllənmə, halsızlıq kimi əlamətlərlə müşayiət olunursa, mütəxəssisə müraciət etmək tövsiyə edilir.

Seçilən
18
far.az

1Mənbələr