AZ

Soyuq hava da onları sevgisindən ayırmadı - FOTO

"Zirə" ölkə kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la üz-üzə gəldi.

Sumqayıtda keçirilən ilk matçda qol səsi çıxmadı.

Soyuq hava tribunalara gələn azarkeş sayına ciddi təsir göstərmişdi.

Əbəs deyil ki, protokolda tribunalara cəm olanların sayı cəmi 400 nəfər göstərilib.

Həmin sayın içində fədakar qonaqlar da yer alırdı.

Sayı 4 nəfər olan kiçik qrup 90 dəqiqə sevimli komandasına dəstək göstərdi.

Futbolçular isə final fitindən sonra onlar yer alan tribunaya gedərək alqışlarla qarşılıq verdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
47
sportinfo.az

1Mənbələr