AZ

"Tesla Semi" elektrik yük maşınının kütləvi istehsalına başlanılacaq

"Tesla Semi" elektrik yük maşınının kütləvi istehsalına 2026-cı ildə başlanılması planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bu barədə "Tesla" şirkətinin rəhbəri İlon Mask "X" sosial şəbəkəsində yazıb.

"Tesla Semi"nin kütləvi istehsalına bu il başlanacaq", - deyə o bildirib.

Avtomobil istehsalçısının rəsmi veb saytında yük maşınının doldurulmadan 500 milə (təxminən 805 km) qədər məsafə qət edə biləcəyi və "Tesla" şarj cihazlarının 30 dəqiqə ərzində məsafənin 60 faizə qədərini bərpa edə biləcəyi bildirilib.

Seçilən
19
1
ikisahil.az

2Mənbələr