AZ

Həmkəndlisi ilə yeyib-içib, sonra öldürüb - Göygöldəki qətlin təfərrüatı

Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatları məlum olub.


Manset.az Report-a istinadən xəbər verir ki, Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.

Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.

Xatırladaq ki, fevralın 4-də S.Quliyevin üzərində xəsarət izləri olan meyiti kənd ərazisində olan dərədən tapılıb. Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
38
6
manset.az

8Mənbələr