Ağcabədidə "BMW" və “VAZ-2107” markalı minik maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.
Yaralılar - 1982-ci il təvəllüdlü Hüseynova Pərvanə İlyas qızı və 1975-ci il təvəllüdlü Nərimanov Mehman Qulam oğlu əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta