AZ

Mahir Emreli itkin düşdüyü meydanlara hansı matçda dönür?

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Almaniya 2. Bundesliqasındakı taleyi azarkeşlər üçün böyük sual doğurur.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, cari mövsümün yay transfer pəncərəsində "Nürnberq"dən "Kayzerslautern"ə keçən və 10 nömrəli formanı götürən 28 yaşlı forvardın uzun müddətdir iştirak ərizəsinə belə salınmamasının iki əsas pərdəarxası məqamı var.

İlk növbədə, futbolçumuz ötən ilin noyabrın 9-da "Herta Berlin" ilə matçda ağır vətər zədəsi alaraq sıradan çıxıb və təxminən 3 aydır yaşıl meydanlardan uzaq qalıb. Lakin zədədən əvvəl də heyətə düşə bilməməsi baş məşqçi Torsten Liberknextin ona qarşı olan "qəzəbi" ilə əlaqələndirilir.

İddialara görə, Mahirin zədəli olduğu halda millinin düşərgəsinə yollanaraq Ukrayna və İslandiya matçlarında meydana çıxması klub rəhbərliyinin və məşqçinin xoşuna gəlməyib, nəticədə futbolçu bir növ "cəzalandırılaraq" bir neçə oyun kənarda saxlanılıb.

Hazırda fərdi məşqlərini tamamlayan Emrelinin fevralın ortalarında, konkret olaraq fevralın 14-də keçiriləcək "Qroyter Fürt" matçında kollektivlə birlikdə meydana çıxacağı və "qara zolaq"dan xilas olacağı gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
fanat.az

2Mənbələr