AZ

Qarabağ ın rəqibinin futbolçusu Mançester Yunayted in əsas hədəfində Kasemironun əvəzinə...

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl"ın futbolçusu Sandro Tonali "Mançester Yunayted"in diqqətini cəlb edib.

Sportal.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, "mankunianlar" "Nyukasl"ın yarımmüdafiəçisini transfer etməyə iddialıdır. "Qırmızı şeytanlar" həmçinin Elliot Andersonu ("Nottingem Forest") və Adam Uortonu ("Kristal Pelas") da bəyənir.

İtaliyalı futbolçu yayda komandanı tərk edəcək Kasemiroya potensial əvəzləyici kimi nəzərdən keçirilir.

Gözlənilir ki, "Nyukasl" Tonali üçün təxminən 100 milyon funt sterlinq tələb edəcək.

saytlarin hazirlanmasi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
sportal.az

2Mənbələr