ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
Niderlandda 30-dan çox körpənin valideynləri uşaqlarının "Danone" şirkətinin "Nutrilon" qarışığını qəbul etdikdən sonra xəstələndiklərini bildiriblər.
Oxu.Az-ın RTL-ə istinadən verdiyi məlumata görə, şirkət zəhərli maddənin olması ehtimalı ilə bağlı məhsulun genişmiqyaslı geri çağırılmasına başlayıb.
Körpələrin valideynləri jurnalistlərə bildiriblər ki, uşaqlarda qarışığı qəbul etdikdən sonra qusma, ishal, qarınağrısı və halsızlıq yaranıb və bəzi hallarda tibbi müdaxilə tələb olunub. Bir neçə körpə xəstəxanaya yerləşdirilib.
"Danone" şirkəti artıq Niderlandda süd qarışıqları və digər körpə qidaları da daxil olmaqla 14 növ məhsulun geri çağırıldığını elan edib. Bu qərar "Bacillus cereus" bakteriyasının səbəb olduğu toksin serulidinin mümkün yüksək səviyyəsi ilə əlaqədardır. Lakin uşaqların xəstəliyi ilə süd qarışığının istehlakı arasında birbaşa əlaqə hələ müəyyən edilməyib. Şirkət bildirib ki, geriçağırılma "ehtiyat tədbiri kimi" həyata keçirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.