AZ

Ağcabədidə yol-nəqliyyat hadisəsi: İki nəfər xəsarət alıb

Ağcabədi rayonunun Poladlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Qəza nəticəsində iki nəfər — 1982-ci il təvəllüdlü Hüseynova Pərvanə İlyas qızı və 1975-ci il təvəllüdlü Nərimanov Mehman Qulam oğlu — xəsarət alıb.

Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına köçürülüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
45
teleqraf.com

1Mənbələr