AZ

Beşiktaş bu qış dünyada 4 cü oldu

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qış transfer dönəminin əsasən sonlarını fəal keçirən ''Beşiktaş'' heyətini 7 yeni futbolçu ilə gücləndirməyə müvəffəq oldu. "Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi qapıçı Devis Vaskes, müdafiəçilər Əmir Murilyo, Emmanuel Aqbadu, Yasin Özcan, yarımmüdafiəçilər Junior Olaitan, Kristyan Asllani və hücumçu Hın Qyu Onu transfer etdi. Aqbadu üçün 18, klub tarixinin ilk cənubi koreyalısı olan Hın Qyu O üçün 14 milyon avro ödənildi. Murilyo və Olaitanın hər biri 5 milyon avroya başa gəldi. Bundan başqa Temmi Abrahamın daimi transferi üçün 15 milyon avro ödənildi və o, dərhal 21 milyon avroya ''Aston Villa''ya satıldı. Yəni ''ağ-qaralar'' bu qış yeni transferlərə ümumilikdə 57 milyon avro xərcləyib. ''Sözcü'' nəşrinin yazdığına inansaq, ''Beşiktaş'' bununla da qış transfer dönəmində dünya futbolunda ən çox pul xərcləyən 4-cü klub olub! Bu göstəricidə ''Mançester Siti'' 95 milyon avro ilə birinci, ''Kristal Pelas'' 89 milyon avro ilə ikinci, ''Əl-Hilal'' 70 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
1
icma.az

2Mənbələr