AZ

Ölkələr üzrə orta zəka əmsalı açıqlanıb Siyahı

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Beynəlxalq IQ Testi (International IQ Test) 137 ölkə üzrə əhalinin orta zəka əmsalını (IQ) açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, reytinq 137 ölkə üzrə ümumilikdə 1,2 milyon nəfərin iştirak etdiyi testlərin nəticələrinə əsaslanır. Tədqiqat çərçivəsində bütün iştirakçılar intellektual qabiliyyətlərini ölçmək üçün eyni tip tapşırıqları yerinə yetiriblər.

Açıqlanan siyahıya əsasən, Azərbaycan orta IQ göstəricisi 98,03 olmaqla 57-ci yerdə qərarlaşıb. Region ölkələri arasında Gürcüstan 21-ci (100,35), Ermənistan 26-cı (100,13), Türkiyə isə 69-cu (97,0) pillədə yer alıb. Siyahının yuxarı sıralarında isə İran (4-cü yer, 104,8) və Rusiya (6-cı yer, 103,78) qərarlaşıb.

Reytinqin liderləri əsasən Asiya ölkələri olub. İlk üçlüyü Koreya, Çin və Yaponiya təşkil edib. Mütəxəssislər yüksək nəticələrin bu ölkələrdə təhsil sisteminin, erkən yaşlardan idrak bacarıqlarının inkişafına yönəlmiş proqramların və testlərdə geniş iştirakın nəticəsi olduğunu bildirirlər.

Orta IQ-ya görə ölkələrin 2026-cı il reytinqi aşağıdakı kimi olub:

1 ) Koreya – 106,97

2 ) Çin – 106,48

3 ) Yaponiya – 106,30

4 ) İran – 104,80

5 ) Avstraliya – 104,45

6 ) Rusiya – 103,78

7 ) Sinqapur – 103,56

8 ) Monqolustan – 102,61

9 ) Yeni Zelandiya – 102,35

10 ) Vyetnam – 102,26

11 ) İspaniya – 102,24

12 ) Kipr – 102,12

13 ) Kanada – 102,09

14 ) Birləşmiş Krallıq – 101,57

15 ) Şri-Lanka – 101,22

16 ) Sloveniya – 101,15

17 ) Belarus – 101,05

18 ) ABŞ – 101,04

19 ) Albaniya – 101,00

20 ) İsveçrə – 100,84

21 ) Gürcüstan – 100,35

22 ) İtaliya – 100,33

23 ) Hollandiya – 100,27

24 ) Peru – 100,20

25 ) Macarıstan – 100,15

26 ) Ermənistan – 100,13

27 ) Fransa – 100,12

28 ) Finlandiya – 99,97

29 ) Portuqaliya – 99,95

30 ) Litva – 99,95

31 ) Tayland – 99,94

32 ) Serbiya – 99,83

33 ) Avstriya – 99,80

34 ) Belçika – 99,74

35 ) Malta – 99,68

36 ) Yunanıstan – 99,55

37 ) Çexiya – 99,36

38 ) Almaniya – 99,32

39 ) Xorvatiya – 99,32

40 ) Polşa – 99,14

41 ) Livan – 99,13

42 ) Estoniya – 99,08

43 ) Latviya – 99,01

44 ) Rumıniya – 98,88

45 ) Şimali Makedoniya – 98,88

46 ) Slovakiya – 98,87

47 ) Lüksemburq – 98,75

48 ) İsrail – 98,57

49 ) Malayziya – 98,51

50 ) Hindistan – 98,44

51 ) Monteneqro – 98,43

52 ) Suriya – 98,41

53 ) Norveç – 98,31

54 ) Myanma – 98,28

55 ) İsveç – 98,22

56 ) İrlandiya – 98,22

57 ) Azərbaycan – 98,03

58 ) Qətər – 97,94

59 ) Danimarka – 97,68

60 ) Əlcəzair – 97,53

61 ) Tunis – 97,46

62 ) BƏƏ – 97,39

63 ) Banqladeş – 97,32

64 ) Nepal – 97,31

65 ) İslandiya – 97,25

66 ) Mərakeş – 97,24

67 ) Bosniya və Herseqovina – 97,13

68 ) Argentina – 97,11

69 ) Türkiyə – 97,00

70 ) Pakistan – 96,93

71 ) Moldova – 96,85

72 ) Misir – 96,74

73 ) Bolqarıstan – 96,54

74 ) Bruney – 96,54

75 ) Özbəkistan – 96,51

76 ) Kuba – 96,40

77 ) Çili – 96,34

78 ) Uruqvay – 96,09

79 ) Efiopiya – 96,00

80 ) Qazaxıstan – 95,92

81 ) İordaniya – 95,73

82 ) Maldiv adaları – 95,71

83 ) Filippinlər – 95,68

84 ) Ukrayna – 95,66

85 ) Boliviya – 95,56

86 ) Ekvador – 95,45

87 ) Braziliya – 95,44

88 ) Madaqaskar – 95,07

89 ) Trinidad və Tobaqo – 94,81

90 ) Liviya – 94,76

91 ) Mavriki – 94,66

92 ) Kolumbiya – 94,62

93 ) Qırğızıstan – 94,48

94 ) Bəhreyn – 94,25

95 ) Səudiyyə Ərəbistanı – 94,07

96 ) Kosta Rika – 93,80

97 ) Meksika – 93,64

98 ) Cənubi Afrika – 93,63

99 ) İraq – 93,62

100 ) Yəmən – 93,43

101 ) Tacikistan – 93,39

102 ) Küveyt – 93,13

103 ) Kamboca – 93,12

104 ) Zambiya – 93,05

105 ) Laos – 92,97

106 ) Fələstin – 92,94

107 ) Nigeriya – 92,76

108 ) Venesuela – 92,61

109 ) Paraqvay – 92,38

110 ) Seneqal – 92,26

111 ) Oman – 92,18

112 ) Yamayka – 92,00

113 ) Benin – 91,96

114 ) Keniya – 91,69

115 ) Panama – 91,65

116 ) Zimbabve – 91,64

117 ) Qana – 91,40

118 ) Qvatemala – 91,35

119 ) Kamerun – 90,59

120 ) Honduras – 90,41

121 ) Fil Dişi Sahili – 90,37

122 ) Mozambik – 90,33

123 ) Namibiya – 90,29

124 ) Dominikan Respublikası – 90,11

125 ) Salvador – 90,00

126 ) İndoneziya – 89,96

127 ) Botsvana – 89,72

128 ) Tanzaniya – 89,57

129 ) Əfqanıstan – 89,31

130 ) Konqo DR – 88,60

131 ) Uqanda – 88,49

132 ) Qabon – 88,35

133 ) Anqola – 87,89

134 ) Nikaraqua – 87,75

135 ) Ruanda – 86,90

136 ) Şərqi Timor – 86,70

137 ) Somali – 83,84

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
yeniavaz.com

1Mənbələr