AZ

Möhtəşəm qalibiyyət idi Valdas Dambrauskas

ain.az bildirir, Fanat portalına istinadən.

Bu gün Misli Premyer Liqasında 19-cu tur start götürüb.

Fanat.Az xəbər verir ki, lider “Sabah” “Araz-Naxçıvan”ı qəbul edib. Masazırdakı matçda meydan sahibləri darmadağına seviniblər.

Matçdan sonra keçirlən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas fikirlərini jurnalistlərlə bölüşüb:

"Oyunçularımı qalibiyyət münasibətilə təbrik edirəm. Çox möhtəşəm qələbə idi. Meydanda necə "ac" necə istəkli olduqlarını göstərdilər. Məğlub etdiyimiz komandaların heyətində çox təcrübəli adlar var. Azarkeşlərimizi də qalibiyyət münasibətilə təbrik edirəm. Bu gün sayları az idi. Daha çox azarkeş görmək istəyirik. Rəhbərliyimizi və məşqçi heyətimizi də təbrik edirəm. Artıq 1-ci hissənin 16-cı dəqiqəsinə qədər 3 qol vurmuşduq. Daha çox qol vura bilərdik. İkinci hissəni yaxşı səviyyədə keçirdik. Dördüncü qolumuz möhtəşəm idi. Düzdür, istəyərdik ki, qapımızı da toxunulmaz saxlayaq. Artıq biz bu oyunu unudub, öz işimizə qayıdırıq. Qarşıdakı matç bizim üçün çox önəmlidir".

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
fanat.az

2Mənbələr