AZ

SSRİ in məşhur vor u Gürcüstanda dəfn edildi

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Keçmiş sovet məkanının ən nüfuzlu kriminal avtoritetlərindən hesab olunan Tamaz Kipiani ilə vida mərasimi Gürcüstanda qalmaqala səbəb olub. Yanvarın axırı Rusiyada dünyasını dəyişən Kipianinin cənazəsi doğulduğu Kutaisi şəhərinə gətirilərək fevralın 7-də dəfn edilib.Demokrat.az xəbər verir ki, “PraymKraym” nəşrinin yaydığı məlumatlara görə Gürcüstanda kriminal subkulturanın nümayəndələrinə qarşı tətbiq edilən sərt qanunlara və hüquq-mühafizə orqanlarının ciddi nəzarətinə baxmayaraq, dəfn mərasimində izdiham müşahidə olunub. Şəhər sakinləri və mərhumun yaxınları tabutu çiyinlərdə küçələrdən keçirərək son mənzilə qədər müşayiət ediblər. Bu mənzərə respublikada illərdir davam edən “oğru ideologiyası” ilə mübarizə fonunda xüsusi diqqət çəkib.Hadisə yerindən çəkilən kadrlar göstərir ki, dövlətin bütün qadağalarına rəğmən, köhnə nəsil kriminal ənənələrinə hələ də hörmət edənlər kifayət qədərdir. Dəfn prosesi zamanı hər hansı ciddi insidentin baş verib-vermədiyi barədə isə rəsmi məlumat verilmir.Xatırladaq ki, Kipiani 2026-cı il yanvarın 30-da Rusiyanın Kuban bölgəsində həyatını itirmişdi. O, hələ 22 yaşında “qanuni oğru” adını alaraq SSRİ dövrünün ən gənc və ən hörmətli simalarından biri kimi tanınmışdı. Kriminal aləmdə öz prinsiplərinə sadiqliyi ilə seçilən Kipianinin ölümü bir dövrün qapanması kimi qiymətləndirilir.Kənan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
demokrat.az

1Mənbələr