AZ

Bakıda reqbi üzrə beynəlxalq seminar başa çatdı

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Reqbi Federasiyasının təşkilatçılığı və Xəzər Universiteti Dünya Məktəbinin dəstəyi ilə “World Rugby” bayrağı altında keçirilən beynəlxalq məşqçilər seminarı yekunlaşıb.

İdman.Biz xəbər verir ki, iki gün davam edən proqram çərçivəsində iştirakçılar müxtəlif istiqamətlər üzrə təlimlərdə yer alıblar.

Seminarın ilk günündə “Rugby 15” üzrə birinci beynəlxalq dərəcəli kurs təşkil olunub. İkinci gündə isə məşqçilər uşaqlar üçün fiziki hazırlıq mövzusunda keçirilən təlimə qatılıblar.

Təlimlərə Gürcüstan Reqbi Akademiyasının təcrübəli mütəxəssisi Georgi Maisaşvili rəhbərlik edib.

Qeyd edək ki, federasiya 2026-cı ildə daha bir məşqçi və hakimlər üçün hazırlıq seminarının təşkilini planlaşdırır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
1
icma.az

2Mənbələr