AZ

Göygöldə 40 yaşlı kişini öldürüb dərəyə atan şəxs saxlanıldı

Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
43
9
aznews.az

10Mənbələr