AZ

Klinton mənə zəng edib dedi ki, bu ölkəyə hücum edin! Orban

ain.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton Macarıstandan Serbiyaya hücum etməsini istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.

Onun sözlərinə görə, bu hekayəni heç vaxt ictimaiyyətə açıqlamayıb.

“1999-cu ildə, ilk dəfə baş nazir vəzifəsinə başlayanda Klinton mənə zəng etdi. O xahiş etdi ki, Serbiyanı Voyevodinadan keçərək Belqrada qədər atəşə tutaq.  Voyevodinada yaşayan yüz minlərlə macarın taleyi ilə bağlı suala cavab olaraq, o dedi ki, bir həftə sonra keçiriləcək NATO sammitində detalları şəxsən müzakirə etməyə hazırdır. Lakin sonra bu məsələni bir daha qaldırmadı.  Əgər yalnız “Bəli, cənab” deyən bir baş nazirimiz olsaydı, indi müharibənin içində olardıq”, – deyə Orban bildirib.

Qeyd edək ki, sözügedən məsələ haqda ilk dəfə Serbiya Prezidenti Aleksandr Vuçiç 2022-ci ildə Orbana istinadən danışıb. Onun sözlərinə görə, Serbiya ərazisinə zərbələr endirilməsini təkcə ABŞ prezidenti deyil, həm də Britaniya hakimiyyəti istəyib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
globalinfo.az

1Mənbələr