AZ

Epşteyn qalmaqalı fonunda istefa verdi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin aparat rəhbəri Morqan Maksvini amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı cinayət işi fonunda istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, Maksvininin istefası onun Kir Starmerin Dauninq-stritə gəlməsində, eləcə də 2024-cü il seçkiləri ərəfəsində Leyborist Partiyasının yenidən formalaşdırılmasında əsas fiqurlardan biri olması baxımından diqqətçəkən və simvolik addım kimi qiymətləndirilir.

Mətbuatda yayılan məlumatlarda bildirilir ki, Maksvini Peter Mandelsonun Böyük Britaniyanın ABŞ-də səfiri vəzifəsinə təyin olunmasını açıq şəkildə dəstəkləyib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin son vaxtlar açıqladığı Epşteyn işi üzrə materiallarda Mandelsonun mübahisəli maliyyəçi ilə yaxın münasibətləri barədə yeni detallar yer alıb.

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
globalinfo.az

1Mənbələr