İspaniya La Liqasının 23-cü turunda "Atletik" doğma meydanda "Levante"ni qəbul edib.
QOL.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
8 fevral
"Atletik" - "Levante" - 4:2
Qollar: Q.Quruseta, 29, 34, N.Serrano, 86, R.Navarro, 90+9 – U.Elqezabal, 81, X.A.Olasaqasti, 90+4
Qeyd: 17-ci dəqiqədə A.Matturro ("Levante") qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra xallarını 28-ə çatdıran "Atletik" turnir cədvəlində 10-cu pilləyə yüksəlib. 18 xalı olan "Levante" isə 19-cu pillədə qalıb.
Qeyd edək ki, növbəti turda (15 fevral) "Atletik" səfərdə "Oviedo" ilə, "Levante" isə evdə "Valensiya" ilə qarşılaşacaq.