AZ

ABŞ və Ukrayna sülh sazişi və seçkilərin qrafikini müzakirə ediblər

BAKI, 8 fevral. TELEQRAF

ABŞ və Ukrayna rəsmi şəxsləri sülh sazişi layihəsinin hazırlanması və referendum, eləcə də mayda keçiriləcək seçkilərlə bağlı qrafiki müzakirə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, tərəflər mart ayına qədər Rusiya ilə saziş layihəsinin hazırlanması və eyni vaxtda Ukraynada referendumun keçirilməsi ilə bağlı qrafiki müzakirə ediblər.

Əvvəlki məlumatlara görə, Vaşinqton və Kiyev sülh sazişinə nail olunması perspektivlərini artıq 2026-cı ilin mart ayında müzakirə ediblər. Həmçinin, "Reuters" yazır ki, Ukrayna Prezidenti Volodimir Zelenski mümkün seçkilərdə qələbəsinə əmindir.

Seçilən
50
teleqraf.com

1Mənbələr