AZ

Məşhur kəlbəcərli jurnalist kimdən narazıdır? - "28 kitabımın heçbirinin təqdimatını keçirmədi"....



Tanınmış kəlbəcərli jurnalist Məhəmməd Sadıqov( Nərimanoğlu) maraqlı və haqlı olaraq tikanlı paylaşım edib. Məhəmməd müəllimin kimə müraciət etdiyi açıq deyilməsə də, söhbətin hansısa səlahiyyətli bir şəxsdən getdiyinə söz yoxdur. Jurnalist təsirli arqument gətirir - Uşaq- muşağın cızma-qarasını reklam etdirirsiniz, Kəlbəcərin tarixindən, gözəlliyindən, özəlliklərindən, Qarabağ yanğısından yazdığım 28 kitabın heç birinin təqdimatını keçirmədiniz"...

Kimə aiddirsə, öz payını götürəcək...Ancaq tanıdığımız, istedadlı, vətənsevər jurnalist belə laqeydliyi haqq etmir...Ömrünü mətbuatın yolunda yandırıb , " Yeni Azərbaycan " qəzetindən başlayaraq bir sıra media orqanlarında çalışıb...
Adam Smit yazırdı:" Cəmiyyət xeyriyyəsiz yaşayar, ədalətsiz yaşaya bilməz"...
Ədalətli olaq...

İradə SARIYEVA

Seçilən
49
baki-xeber.com

1Mənbələr