AZ

Fransada genişmiqyaslı təlimlər başladı

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa və müttəfiqləri 12 mindən çox əsgərin iştirak edəcəyi ORION 2026 hərbi təliminin aktiv mərhələsinə başlayır.

Moderator.az xəbər verir ki, bu barədə "Parisien" məlumat yayıb.

Nəşr qeyd edir ki, qoşunların üçdə biri Parislə müttəfiq olan digər ölkələrdən gəlib. Onlar 8 fevral - 30 aprel tarixləri arasında tədricən Fransa boyunca yerləşdiriləcək.

Təlimlərə həmçinin 140 təyyarə və helikopter, 1200-dən çox dron, zirehli transportyorlar və tanklar da daxil olmaqla 2150 texnika, eləcə də "Şarl de Qoll" təyyarədaşıyan gəmisi cəlb olunacaq.

Fransa tərəfindən təlimlərdə 12 nazirlik cəlb ediləcək, çünki manevrlər informasiya təhlükəsizliyinin təmin edilməsini, elektromaqnit təhdidlərinə qarşı mübarizəni və peyk kəşfiyyatını əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
5
moderator.az

9Mənbələr