Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-ın vitse-prezidenti Ceyms Vens Gürcüstanla münasibətlərin yenilənəcəyini bildirib.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili "İmedi" telekanalına açıqlamasında deyib.
O, Venslə Milanda Qış Olimpiya Oyunlarının açılışına həsr olunmuş tədbirlər çərçivəsində görüşdüyünü xatırladaraq onunla qısa işgüzar söhbət etdiyini bildirib.
"Vens Gürcüstan haqqında məlumatlı olduğunu və münasibətlərin mütləq yenilənəcəyini vurğulayıb", - dövlət başçısı əlavə edib.
Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı 2024-cü ilin noyabrın 30-da dayandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.