AZ

Yaponiyanın Baş nazirnin partiyası parlamentdə çoxluğu təmin edib

Yaponiyada növbədənkənar parlament seçkisində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiya bloku Nümayəndələr Palatasında çoxluq qazanıb.

Yaponiya mediası xəbər verir ki, səsvermənin ilkin nəticələrinə əsasən, LDP və Yaponiya İnnovasiya Partiyasının koalisiya bloku 465 yerlik palatada çoxluğu təmin etmək üçün tələb olunan 233 yerlik həddi keçib. Ehtimallara görə, hakim blok Nümayəndələr Palatasında yerlərin üçdəikisinə sahib olacaq.

ABŞ-ın Yaponiyadakı səfiri Corc Edvard Qlass xanım Sanae Takaiçini qələbə münasibətilə təbrik edib.

Qeyd edək ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkiləri keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir.

AzPost.az

Seçilən
21
3
azpost.info

5Mənbələr