AZ

Bessent: Pekin ticarət sazişi üzrə öhdəliklərini tam yerinə yetirir

Bessent: Pekin ticarət sazişi üzrə öhdəliklərini tam yerinə yetirir

ABŞ-ın maliyyə naziri Skott Bessent Çinin Birləşmiş Ştatlarla ticarət əməkdaşlığı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdiyini bəyan edib.

AFN.az xəbər verir ki, nazir bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə məlumat verib.

"Deyə bilərəm ki, çinlilər sazişin özlərinə aid hissəsini icra edirlər", — deyə Bessent bildirib. O, xüsusi olaraq vurğulayıb ki, Çin tərəfi əvvəlcədən razılaşdırılmış həcmdə Amerika soyasının alışını artıq reallaşdırıb. Məlumata görə, Pekin son üç ay ərzində təxminən 12 milyon ton Amerika soyası alaraq, Tramp administrasiyasının ötən ilin noyabrında elan etdiyi əsas öhdəliyi yerinə yetirib.

Bununla belə, maliyyə naziri Vaşinqton və Pekin arasında tammiqyaslı ticarət sazişinin imzalanma müddəti ilə bağlı sualı cavabsız qoyub. Qeyd edək ki, hazırda tərəflər arasında münasibətlər "ticarət barışığı" mərhələsindədir və Çin 2028-ci ilə qədər hər il ən azı 25 milyon ton Amerika soyası almağı öhdəsinə götürüb.

Seçilən
29
afn.az

1Mənbələr