AZ

Andrey Sibiqa: Zelenski və Putin mürəkkəb məsələləri razılaşdırmaq üçün şəxsən görüşməlidirlər

Ukrayna Prezident Volodimir Zelenski və Rusiya lideri Vladimir Putin sülh müqaviləsinin ən mürəkkəb məsələlərini razılaşdırmaq üçün şəxsən görüşməlidirlər.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, tərəflərin müzakirə etdiyi 20 bəndlik sülh planından yalnız bir neçə məsələ həll olunmayıb. Nazir aydınlıq gətirib ki, bunlar rəhbərlik səviyyəsində həll edilməli olan ən həssas və mürəkkəb məsələlərdir.

Sibiqa izah edib ki, Ukrayna Amerika tərəfi diqqətini daxili siyasətə, xüsusən də noyabr ayında keçiriləcək aralıq konqres seçkiləri kampaniyasına yönəltməzdən əvvəl danışıqlar prosesini sürətləndirmək niyyətindədir.

"Düzdür, bizim irəliləyişimiz var. Bu sülh səylərini birləşdirməliyik və ya səfərbər etməliyik və onları sürətləndirməyə hazırıq", - deyə Sibiqa qeyd edib.

O əlavə edib ki, bu, son dərəcə vacibdir, çünki Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni "yalnız Tramp dayandıra bilər".

Nazir əlavə edib ki, ABŞ Konqresdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini təsdiqləməyə hazır olduğunu təsdiqləyib. Sibiqanın sözlərinə görə, bu, NATO-nun 5-ci maddəsinə bənzər bir mexanizm olmalıdır.

Seçilən
35
3
ikisahil.az

4Mənbələr