AZ

"Sumqayıt" öz evində məğlub olub

Misli Premyer Liqasının XIX turunda daha bir görüş baş tutub.

Azreform.info xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş "Zirə"nin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24) və Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) fərqləniblər.

Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.

Seçilən
19
10
azreform.info

10Mənbələr