BAKI, 8 fevral. TELEQRAF
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri başa çatıb.
Teleqraf xəbər verir ki, Azərbaycan cüdoçuları yarışı biri qızıl olmaqla ümumilikdə 3 medalla tamamlayıblar.
Turnirin ikinci günündə 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev gümüş medala sahib çıxıb.
O, finala gedən yolda Çin, Böyük Britaniya, Tacikistan və Qazaxıstan idmançılarını məğlub etsə də, həlledici qarşılaşmada yaponiyalı Yuhei Onoya uduzaraq ikinci yeri tutub.
“Böyük Dəbilqə”nin ilk günündə Azərbaycan millisinin üzvlərindən Balabəy Ağayev (60 kq) qızıl, Ruslan Paşayev (66 kq) isə bürünc medala sahib çıxıb.