AZ

Suriyaya 2 milyardlıq sərmayə qoyacaqlar

Suriya ilə Səudiyyə Ərəbistanı arasında aviasiya, infrastruktur, su, təhsil və rabitə sahələrində əməkdaşlıq müqaviləsi imzalanıb.

Axar.az  bildirir ki, bu barədə "Haber7" məlumat yayıb.

Bildirilib ki, Suriya Prezident Əhməd əş-Şaranın iştirakı ilə Dəməşqdə keçirilən görüşdə Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih, rabitə naziri Abdullah əl-Səvaha və hər iki ölkənin rəsmiləri iştirak edib. Əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanı Suriyaya 2 milyard dollar sərmayə qoyacaq.

Qeyd edək ki, hər iki ölkənin aviasiya əlaqələrini gücləndirmək məqsədilə birgə Suriya-Səudiyyə Ərəbistanı aviaşirkətinin yaradılmasına da qərar verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
5
olaylar.az

6Mənbələr