AZ

Sabiq "Qarabağ"lı qardaş ölkənin I Liqa komandasında - FOTO

"Qarabağ"ın sabiq legioneri Ovusu Kvabenanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, qanalı hücumçu yenidən Türkiyədə oynayacaq.

28 yaşlı oyunçu "Sakaryaspor"a keçib. Bu barədə birinci liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Kvabena ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, İsrailin "Makkabi Bney" klubundan transfer edilib.

O.Kvabena 2020-2023-cü illərdə "Qarabağ"da çıxış edib.

Seçilən
63
sportinfo.az

1Mənbələr