AZ

Ev tikintisində YENİ ŞƏRT

Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə tanıdığı, işinə bələd olduğu ustaya həvalə edir. Şirkətlər mənzil sahibi ilə evin tikintisi haqqında detalları, yəni hansı müddətə işin başa çatacağını, nə qədər vəsait xərclənəcəyini və digər məsələləri danışıb, müqavilə bağlayırlar.

Adətən, “tanış usta” ilə müqavilə bağlanmır, bütün proses şifahi şəkildə həyata keçirilir.

Lakin son günlər mənzil tikdirənlər iddia edirlər ki, onlardan usta ilə məcburi qaydada müqavilə bağlanması tələb olunur.

Bəziləri hesab edir ki, müqavilə və bunun notarial qaydada təsdiqinin tələbi qeyri-formal əməklə məşğul olanların dəqiqləşdirilməsi və onların gəlirlərini müəyyən etməklə bağlıdır.

Seçilən
0
12
aznews.az

10Mənbələr