AZ

Sumqayıtda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumatlara əsasən, qəza Hacı Zeynalabdin qəsəbəsi istiqamətində yerləşən yol sahəsində baş verib.

Belə ki, “Toyota Prius” markalı minik avtomobili başqa bir avtomobillə toqquşub. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Zərərçəkənlər təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Hazırda hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Seçilən
22
nocomment.az

1Mənbələr